Rafael Nadal növbəti mövsüm Rocer Federerin yenidən korta qayıdacağına münasibət bildirib.
İspaniyalı raketka ustası isveçrəli ilə rəqabəti davam etdirmək arzusu ilə yaşadığını söyləyib: “Zədə amili problem yaratmasa Federer korta güclü tennisçi kimi qayıdacaq. Doğrudur, onun bundan sonra nəyisə sübut etməyə ehtiyacı yoxdur. Rocer sağlam olanda fenomenal çıxışı ilə yadda qalır. Ümid edirəm ki, pandemiya dövründə o problemlərinin öhdəsindən gələ bilib. Federer nə vaxta qədər oynayacaq deyə bilmərəm, amma onun yenidən yüksək səviyyədə çıxış etməsini görmək istərdim. Təbii ki, mən “Böyük Dəbilqə” seriyasında yeni qələbələr arzusundayam, amma Rocerlə mənim aramda rəqabətin davam etməsi tennis üçün daha böyük hadisədir”